AFFA Cavid Hüseynovun cəzasını açıqladı

Sayta qoyulub: 13:42 23.05.2018 (244 dəfə oxunub)

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının XXVIII turunun  “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).  Oyunun 90+3-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

Topaz Premyer Liqasının XXVIII turunun  “Kəpəz” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 25 №-li futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Topaz Premyer Liqasının XXVIII turunun  “Qəbələ” – “Qarabağ” matçının 45+2-ci dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 2400 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXVIII turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

XƏBƏR LENTİ