Arsenal Emerinin baş məşqçi təyin edilməsini rəsmən bəyan etdi

Sayta qoyulub: 11:34 23.05.2018 (331 dəfə oxunub)

Arsenal yeni baş məşqçisini elan edib.

 

London klubunun rəhbərliyi yeni baş məşqçinin təyinatı məsələsində dərin müzakirələrdən sonra məhz 46 yaşlı Unai Emerinin gətirilməsinə yekdilliklə səs verib.

 

Emeri ingilis dilində danışmır. O bu vaxta qədər 10 titulun sahibidir. 3 dəfə Sevilya ilə Avroliqanı qazanmaqdan əlavə 7 dəfə də PSG ilə Fransada titul əldə edib.

 

Emeri ilə Arsenal 2+1 sxemi ilə müqavilə imzalayıb. Bask mütəxəssisin illik məvacibi 5 milyon funt sterlinq təşkil edəcək.

XƏBƏR LENTİ