Serbiyalı futbolçu "Zirə"ni tərk edə bilər

Sayta qoyulub: 09:54 23.05.2018 (163 dəfə oxunub)

 

Serbiyalı futbolçu "Zirə"ni tərk edə bilər

 

Serbiyalı yarımmüdafiəçi Milan Duriçin "Zirə" ilə müqaviləsi başa çatıb.

30 yaşlı yarımmüdafiəçi müqaviləni hələ uzatmadığını deyib: "Yeni müqavilə imzalamamışam. Hazırda azad agentəm. Gələcəkdə nə olacağını birlikdə görəcəyik".

Qeyd edək ki, Duriç 2016-cı ildən "qartallar"da çıxış edir. O, cari mövsüm Topaz Premyer Liqasında 22 oyun keçirib və 5 qola imza atıb.

XƏBƏR LENTİ