UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər

Sayta qoyulub: 07:50 23.05.2018 (246 dəfə oxunub)

UEFA "Milan"ın maliyyə "fair play"i ilə bağlı problemləri klubla həll etmək üçün könüllü müqavilə üzrə təklifini rədd edib.

İndi "Milan"ın maliyyə hesabları UEFA klublarının maliyyə nəzarəti üzrə Apellyasiya Məhkəməsi tərəfindən araşdırılacaq, bu iş üzrə məhkəmə iclası isə iyun ayında keçiriləcək.

Bildirilir ki, "Milan"ı ciddi sanksiyalar, xüsusilə də, transfer qadağası, böyük həcmdə cərimə və ya növbəti mövsümdə Avropa Liqasında çıxış etməyə qadağa gözləyir. "Rassonyerilər" Avrokuboklardan kənarlaşdırılarsa, Avropa Liqasının qrup mərhələsində "Atalanta", təsnifat mərhələsində isə "Fiorentina" çıxış edəcək.

 

 

 

 

 

UEFA "Milan"ı Avropa Liqasından kənarlaşdıra bilər

 

 

“Report” 

XƏBƏR LENTİ