Voleybol üzrə Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək

Sayta qoyulub: 07:49 23.05.2018 (265 dəfə oxunub)

Bu gün Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək.

 A qrupunda yer alan Azərbaycan yığması bu dəfə Portuqaliya millisini qəbul edəcək. 

Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da start götürəcək. Oyunu Saadettin Deneri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər. Qrupumuzun digər görüşündə isə Bolqarıstanla Ukrayna bir-birini sınağa çəkəcək.

Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.

Qızıl Avropa Liqası

18:00. Azərbaycan - Portuqaliya

Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)

 

 

 

 

Voleybol üzrə Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək

 

 

"Report"

XƏBƏR LENTİ