Dünyanın ən populyar idmançısı - Kriştianu Ronaldo

Sayta qoyulub: 07:36 23.05.2018 (250 dəfə oxunub)

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünyanın ən populyar idmançısı seçilib.


Portuqaliyalı ulduz ardıcıl üçüncü dəfə ESPN-in sorğusunda qalib olub. 


Sorğu bir neçə istiqamətdə aparılıb ki, bura idmançıların reklam müqvilələri, sosial şəbəkələrdəki izləyici sayı və s. daxildir. 


Dünyanın ən populyar idmançıları siyahısında ikinci yerdə “Klivlend”in basketbolçusu Lebron Ceyms qərarlaşıb. İlk “üçlüy”ü isə “Barselona”nın forvardı Lionel Messi qapayır. 


İlk “10-luq”da həmçinin Neymar (futbol, PSJ), Rodjer Federer (tennis), Tayqer Vuds (qolf), Kevin Dyurent (basketbol, “Qolden Steyt”), Rafael Nadal (tennis), Stefen Kerri (basketbol, “Qolden Steyt”) və Fil Mikelson (qolf) yer alıb.

 

 

Dünyanın ən populyar idmançısı - Kriştianu Ronaldo

 

 

 

 

qol.az

XƏBƏR LENTİ