Kuarejma "Beşiktaş"dan gedir?

Sayta qoyulub: 15:12 22.05.2018 (250 dəfə oxunub)

Kuarejma "Beşiktaş"dan gedir?
 

"Beşiktaş"ın ulduz futbolçusu Rikardo Kuarejma azarkeşləri çaşdıracaq addım atıb. Portuqaliya millisinin üzvü sosial şəbəkə hesabında "Beşiktaş"la vidalaşıb və kluba təşəkkür edib. Kuarejmanın bu paylaşımı ayrılıq siqnalı kimi dəyərləndirilir. Lakin bununla bağlı "qara qartallar"ın mətbuat xidməti rəsmi məlumat yaymayıb. 34 yaşlı yarımmüdafiəçi bu mövsüm 38 oyuna 5 qol vurub, 10 assist edib. Qeyd edək ki, Kuarejma 2010/2012-ci illərdə "Beşiktaş"da çıxış edib. Onun İstanbul klubunda ikinci dönəmi 2015-ci ildən sonra başlayıb.

XƏBƏR LENTİ