Kontenin taleyi həll edildi

Sayta qoyulub: 11:39 22.05.2018 (526 dəfə oxunub)

Çelsinin baş məşqçisi Antonio Konte yaxın sutka ərzində postundan istefaya göndəriləcək. BeIN Sports-un məlumatına görə İngiltərə kubokunda qələbəyə baxmayaraq klub rəhbərliyi belə qərar qəbul edib.

 

Bir müddət əvvəl mütəxəssisin özü də , əgər istefasının faydası olacaqsa getməyə hazır olduğunu bildirmişdi. Onun yerinə əsas namizəd Luis Enrikedir.

 

Xatırladaq ki, 2 mövsüm ərzində Çelsi ölkə çempionu və kubokunu qazanıb.

XƏBƏR LENTİ