J.Todt: “Mayami trası üçün sürücülərin məsləhəti lazımdır”

Sayta qoyulub: 11:36 22.05.2018 (163 dəfə oxunub)

FİA-nın prezidenti Jan Todt bildirib ki, Mayamidəki trasın dizaynı barədə sürücülərdən məsləhətlər alacaqlar.

F-1.az xatırladır ki, Mayamidəki trasın qaralama versiyası çıxıb və Həmilton bildirib ki, trasın dizaynında təşkilatçılara kömək edə bilər.

Jan Todt: “Onlar təmsil edilir. Prezident olandan hər komisiyaya bir rəhbər qoymuşam. İclaslarda iştirak etmək istəyən sürücüləri də məmnuniyətlə qəbul edirik. Davamlı əlaqədəyik. Amma hazırda ortada olmayan bir yarış barədə danışırıq. Biz isə idmanın sahibləri ilə bunun mümkün olub-olmayacağını müzakirə edirik. Daha sonra isə bir təhlükəsizlik təmsilçisi göndərəcəyik və sürücüləri də məsləhətlərini almaq üçün dəvət edəcəyik”.

XƏBƏR LENTİ