Pelleqrini yenidən Premyer Liqada - rəsmi

Sayta qoyulub: 11:36 22.05.2018 (220 dəfə oxunub)

"Vest Hem"in yeni baş məşqçisi müəyyənləşib.


Devid Moyesin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Manuel Pelleqrini təyin edilib. Çilili mütəxəssislə 3 illik müqavilə imzalanıb.


Britaniya mətbuatı M.Pelleqrinin ilinə 7 milyon funt sterlinq qazanacağını yazıb.


Qeyd edək ki, M.Pelleqrini bundan əvvəl Premyer Liqada "Mançester Siti"ni (2013-2016-cı illər)çalışdırıb. Onun son iş yeri “Xebey Çayna Fortun” (Çin) olub.

 

Pelleqrini yenidən Premyer Liqada - rəsmi

 

 

 

QOL.AZ

XƏBƏR LENTİ