Amil Yunanov "Sumqayıt"dan ayrıldı

Sayta qoyulub: 10:28 22.05.2018 (219 dəfə oxunub)

Mövsümü 5-ci pillədə başa vuran "Sumqayıt"da ilk ayrılıq reallaşıb. Kimyaçılar"ın əsas oyunçularından olan Amil Yunanov komandadan ayrılıb. Müqaviləsi bitən gənc forvard yeni sözləşmə imzalamayıb.

Millimizin üzvü saytımıza verdiyi açıqlamasında ayrılığı təsdiqləyib: "Sumqayıt"dan ayrıldım. Hazırda klubsuzam. Real təklif yoxdu". Qeyd edək ki, Amil Yunanov bu mövsüm Topaz Premyer Liqasında 10 qol vurub.

XƏBƏR LENTİ