McLaren komandası Alonsonun gələcəyi barədə “məxfi müşavirə” keçirib

Sayta qoyulub: 08:35 22.05.2018 (230 dəfə oxunub)

Formula1-də “keçid mövsümü”-nün başlamasına hələ var, lakin Fernando Alonsonun gələcəyi ilə bağlı hansı qərarı verəcəyi indidən mətbuatın diqqətindədir. O, İspaniyada mövsümün sonunda Formula1-i tərk edərək İndyCar və ya WEC seriyalarına keçə biləcəyinə, ya da iki çempionatda eyni anda iştirak edə biləcəyinə işarə vurub.

F-1.az bildirir ki, İspaniya mətbuatı McLaren-də bu mövzu ilə bağlı müzakirələrin getdiyini iddia edir. Fernandonun müqaviləsində opsiyon var, yəni komanda müqaviləni birtərəfli uzada bilər. Lakin ispan sürücü uğursuzluqlardan və komandanın inkişaf edəcəyini gözləməkdən artıq yorulub. Ona McLaren-in tərkibində İndyCar və ya WEC-də yarışması təklif edilə bilər. Komandanın bu seriyalara olan marağını Zek Braun keçən həftəsonu İspaniyada bildirmişdi.

Bu ideya ilk baxışda göründüyü qədər fantastik deyil – çox güman ki, “super mövsüm” başa çatdıqdan sonra Toyota WEC-dən ayrılacaq,что, с одной стороны, лишит Фернандо места в этом чемпионате, а с другой – упростит переход других команд в категорию LMP1. Bununla yanaşı, Alonsonun artıq 36 yaşının olduğunu, Formula1-də bir daha qalib gəlmə şansının az olduğunu unutmamaq lazımdır…

XƏBƏR LENTİ