Monako-2018: Həftəsonuna ilkin hava proqnozu

Sayta qoyulub: 08:31 22.05.2018 (234 dəfə oxunub)

İlkin proqnozlar həftəsonuna Monakoda yağış ehtimalı az olan isti və buludlu hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, Monakoda ənənəvi olaraq ilk məşqlərin baş tutduğu cümə axşamı hava buludlu, temperatur +20 dərəcəyə qədər olacaq. Cümə günü də eyni hava şəraiti gözlənilir, lakin həmin gün sürücülər işləməyəcəklər.

Şənbə günü nahara qədər yağıntı ehtimalı var. Temperatur +21 dərəcəyə çatacaq. Yarışın baş tutacağı bazar günü termometrlər +20 dərəcəni göstərəcəklər, hava bir qədər buludlu olacaq.

Xatırladaq ki, keçən il burada Bakıda bütün sessiyalar quru havada baş tutmuşdu.

XƏBƏR LENTİ