Kişi voleybolçularımızın Lüksemburqla oyununun vaxtı açıqlandı

Sayta qoyulub: 15:13 21.05.2018 (288 dəfə oxunub)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarında daha birinin keçirilmə günü və başlama saatı dəqiqləşib. Fərid Cəlalovun yetirmələri Lüksemburqla avqustun 18-də üz-üzə gələcək. II tur çərçivəsində baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Lüksemburqluların ölkəmizdəki oyunun tarixi isə hələlik dəqiqləşməyib. Qeyd edək ki, voleybolçularımız Lüksemburq, İsveç və Yunanıstanla da G qrupunda yer alıb.

XƏBƏR LENTİ