Əfranın "Qarabağ"dan gedəcəyi dəqiqləşdi

Sayta qoyulub: 14:39 21.05.2018 (284 dəfə oxunub)

Əfranın "Qarabağ"dan gedəcəyi dəqiqləşdi
 

Azərbaycan milli komandasının üzvü Əfran İsmayılov bu gün “Qarabağ”ın çempionluq tədbirində iştirak edəcək.

Bu barədə Əfran İsmayılovun özü açıqlama verib. O, əməkdaşımızla söhbətində bildirib ki, “Qarabağ”dan dostcasına ayrılır:  “Qarabağ”dan dostcasına ayrılıram. Hər hansı bir problem yoxdur. Bu gün “Qarabağ”ın çempionluq tədbirində iştirak edib, medalımı götürüb gedəcəyəm. Qurban Qurbanovla münasibətim yaxşı səviyyədədir. Sadəcə, başa çatan müqavilənin müddətini uzatmırıq”.

İsmayılov bildirib ki, karyerasını ölkə xaricində davam etdirə bilər: “Bəli, belə bir ehtimal var. Amma hələ ki mənə bir sıra yerlərdən zənglər var, ortada konkret danışıq yoxdur”.

Qeyd edək ki, Əfran İsmayılovun karyerasının əsas hissəsi yetirməsi olduğu “Qarabağ”la bağlıdır.     

XƏBƏR LENTİ