Fabreqas, Morata, Belyerin və Markos Alonso mundiala aparılmadı

Sayta qoyulub: 14:05 21.05.2018 (337 dəfə oxunub)

İspaniya millisinin yayda Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Baş məşqçi Julyen Lopeteqi Alvaro Morata, Ektor Bellerin və Markos Alonso kimi futbolçuların adını 23-lüyə daxil etməyib.


Qapıçılar: David De Xea (“Mançester Yunayted”, İngiltərə), Kepa Arrizabalaqa (“Atletik”), Pepe Reyna (“Napoli”, İtaliya);

Müdafiəçilər: Dani Karvahal, Serxio Ramos, Naço (hamısı “Real”), Jerar Pike, Xordi Alba (hər ikisi “Barselona”), Alvaro Odriozola (“Real Sosyedad”), Sezar Azpilikueta (“Çelsi”, İngiltərə), Naço Monreal (“Arsenal”, İngiltərə);

 

Yarımmüdafiəçilər: İsko, Marko Asensio, (“Real”), Serxio Buskets, Andres İnyesta (“Barselona”), Koke, Saul Niges (hər ikisi “Atletiko”), Tiaqo Alkantara (“Bavariya”, Almaniya), David Silva (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Dieqo Kosta (“Atletiko”), Rodriqo (“Valensiya”), İaqo Aspas (“Selta”), Lukas Vaskes ("Real").

Qeyd edək ki, mundialda B qrupunda yer alacaq İspaniya millisi İran, Mərakeş və Portuqaliya ilə mübarizə aparacaq.

 

 

Fabreqas, Morata, Belyerin və Markos Alonso mundiala aparılmadı

 

 

 

 

qol.az

XƏBƏR LENTİ