Azərbaycanlı futbolçu Kosovo çempionu olub

Sayta qoyulub: 07:48 21.05.2018 (256 dəfə oxunub)

Azərbaycanlı futbolçu Amit Quluzadə "Drita" komandasının heyətində Kosovo çempionu olub.

 "Drita" buna son turda əsas rəqibi "Priştina" ilə səfər matçında heç-heçə sayəsində nail olub. 

Qolun vurulmadığı görüşdə meydan sahiblərinin iki futbolçusu qırmızı vərəqə alıb.

Bu heç-heçədən sonra xallarını 67-yə çatdıran "Drita" "Priştina"nı 3 xal geridə qoyub və ardıcıl 29 matçda uduzmayaraq, rekord müəyyənləşdirib. Quluzadənin komandası 2018-2019 mövsümündə Kosovonu Çempionlar Liqasında təmsil edəcək. "Priştina" isə ardıcıl ikinci mövsüm Avropa Liqasında oynayacaq.

 

 

 

Azərbaycanlı futbolçu Kosovo çempionu olub

"Report"

XƏBƏR LENTİ