İngiltərə kubokunun sahibi müəyyənləşdi

Sayta qoyulub: 20:20 19.05.2018 (225 dəfə oxunub)

İngiltərədə mövsümün son oyunu keçirilib.

 

Premyer liqada uğursuzluğa düçar olan Çelsi mövsümü major notda bitirə bilib. Londonlular İngiltərə kubokunun finalında Mançester Yunaytedi məğlubiyyətə uğrada biliblər.

 

Uembli stadionunda keçirilən qarşılaşmada yeganə qolun müəllifi 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Eden Azar olub.

XƏBƏR LENTİ