Pelleqrini Premyer Liqaya qayıdır

Sayta qoyulub: 20:10 19.05.2018 (312 dəfə oxunub)

“Mançester Siti”nin sabiq baş məşqçisi Manuel Pelleqrini yenidən İngiltərədə çalışacaq.


Çilili mütəxəssis Devid Moyeslə yollarını ayıran “Vest Hem”in sükanı arxasına keçəcək. Təcrübəli çalışdırıcının London klubu ilə anlaşdığı bildirilib. İddiaya görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəliblər.


Qeyd edək ki, 2013-2016-cı illər mövsümündə “Mançester Siti”ni çalışdırmış Pelleqrininin son klubu “Xebey Çayna Fortun” (Çin) olub.

 

Pelleqrini Premyer Liqaya qayıdır

 

 

 

qol.az

XƏBƏR LENTİ