► "Neftçi" "Kəpəz"lə oyuna hazırdı

Sayta qoyulub: 15:52 19.05.2018 (1048 dəfə oxunub)

Topaz Premyer Liqasının sonuncu - XXVIII turunda “Kəpəz”lə qarşılaşacaq “Neftçi” Gəncəyə yola düşüb. Paytaxt təmsilçisi bu gün qarşılaşmanın baş tutacağı məkana gedib.

Bakılılar oyunöncəsi son məşqini keçəcək. “Ağ-qaralar” qarşılaşma ilə bağlı promo video hazırlayıblar. Qeyd edək ki, sabah keçiriləcək “Kəpəz” – “Neftçi” görüşü saat 17:15-də start götürəcək.

 

XƏBƏR LENTİ