"Neftçi"nin baş məşqçisi ilə bağlı son qərarı SOCAR verəcək

Sayta qoyulub: 15:46 19.05.2018 (261 dəfə oxunub)

"Neftçi"nin baş məşqçisi ilə bağlı son qərarı SOCAR verəcək

 

 

 

 

 

 

 

 

 

Ötən ilin sentyabrında «Neftçi»nin sükanı arxasına keçən Tərlan Əhmədovun müqaviləsi bu ayın sonunda başa çatır. 2014-cü ildən sonra paytaxt klubuna ilk medalı qazandırmağa yaxın olan təcrübəli mütəxəssisə hələ yeni kontrakt təklif edilməyib. Bu məsələyə qarşıdakı günlərdə, mayın 20-də «Kəpəz»lə keçiriləcək Premyer Liqanın son tur matçının ardından baxılacaq. Redaksiyamıza daxil olan məlumata görə, baş məşqçi ilə bağlı suala klubun kuratoru – SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov aydınlıq gətirəcək. Onun başçılığı ilə toplantı keçiriləcək və bütün qaranlıq mətləblər həllini tapacaq. Şifahi olaraq bilinən budu ki, İsmayılov Əhmədovun fəaliyyətindən razıdı.

XƏBƏR LENTİ