"Səbail"i tərk edəcək daha bir futbolçu məlum oldu

Sayta qoyulub: 14:27 17.05.2018 (217 dəfə oxunub)

"Səbail"i tərk edəcək daha bir futbolçu məlum oldu

 

Mövsümün sonunda "Səbail"dən ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib. "Aslanlar" Belçikanın "Standart" klubundan icarəyə götürdüyü Faruk Miyanın transferi üçün qarşı tərəfə müraciət etməyəcək. 20 yaşlı forvard Lyej təmsilçisinə geri dönəcək. Qış fasiləsində paytaxt klubuna keçən uqandalı futbolçu 12 oyuna 2 qol vurub.

Əlavə edək ki, "Səbail"in "Jilina"dan icarəyə götürdüyü Yevgeni Koçuk da komandadan ayrılacaq.

XƏBƏR LENTİ