Voleybol millimizin oyununda ukraynalı hakim

Sayta qoyulub: 13:21 17.05.2018 (256 dəfə oxunub)

Voleybol millimizin oyununda ukraynalı hakim

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasının ilk turunun hakimləri açıqlanıb. Mayın 19-da baş tutacaq Azərbaycan – Ukrayna görüşünü idarə edəcək referilər də müəyyənləşib.

Belə ki, Avropa Voleybol Konfederasiyası yığmamızın oyununu yunanıstanlı Epaminondas Gerothodorosa həvalə edib. Matçda ikinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirəcək.

Qeyd edək ki, Bakıda olacaq görüş Voleybol Mərkəzində keçiriləcək.

XƏBƏR LENTİ