Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Tuxel - Pepin varisi?

Sayta qoyulub: 15:28 16.05.2018 (256 dəfə oxunub)

 

"Barselona"nın həyəcanverici, titullara "doymayan" futbolundan ovsunlanan bir çox alman məşqçi "Barça" elementlərini öz oyununa əlavə etmək üçün zamanlarının böyük bir bölümünü katalonların etdiklərini öyrənməklə keçirirdi. Bəlkə də, bu məsələnin üzərinə ən çox düşən Yoahim Löv idi.

Quardiola "Bavariya"ya bir neçə yeni ideya yeritdi. Nəticədə, bu, intensiv debatları/diskussiyaları da bərabərində gətirdi, çünki ölkənin geri qalan hissəsi baş verənləri izləyir, öyrənir və hətta təqlid edirdi. Xüsusilə də Yulian Naqelsman, Andre Şubert və Tomas Tuxel kimi önəmli simalar alman futbolu ilə bariz uyğunsuzluq təşkil edən bir tərzə - Quardiola bunu "mədəniyyətlərin toqquşması" adlanır - uyğunlaşmağa çalışaraq, şəxsi futbol tərzlərində genişmiqyaslı dəyişikliklərə getdilər. Bəlkə də, son illərdəki uğurlu nəticələri hesaba qatsaq, sizə təəccüblü gələcək, ancaq alman futbolunun daxilində hələ də müxtəlif ideologiyaların müdafiəçiləri arasında müzakirələr gedir və heç kim situasiyanın necə həllini tapacağını bilmir. Quardiola taktiki dəyişkənliyi ilə başqa komandaları ona qarşı stratejik həll yolları tapmağa məcbur etməklə, alman futboluna əhəmiyyətli dərəcədə töhfə verdi.

Sözügedən strategiyaların sırasına mümkün olan hər şeyi qata bilərsiz: müdafiədəki radikal dəyişikliklərdən (6-3-1 artıq qeyri-adi seçim sayılmırdı, demək olar ki, 6-3-1-dən istifadə adi hal almışdı) tutun, "Bavariya"nın arxadan topla çıxa bilməməsi üçün edilən intensiv pressinqə qədər. Digər Bundesliqa klubları Quardiolanın ideyalarına qarşı padzəhər tapmaq üçün saysız-hesabsız taktiki yollara gedirdilər. İstər-istəməz, onların cəhdləri Quardiolanı da yeniliklər etməyə məcbur edirdi. İndi Almaniyada yalnız bir adam Quardiolanın vəliəhdi qismində göstərilir: topa sahib olmanı öz oyun tərzi kimi qəbul edən və onun qatı dəstəkçilərindən olan Tomas Tuxel.

"Borussiya" Kloppun təməlini qoyduğu intensiv, birbaşa və aqressiv oyun tərzini qoruyub saxlamaqla yanaşı, Tuxelin taktiki çeşidliliyi sayəsində artıq topa sahib olma oyununun öz versiyasını yaradıb. Əslində, Kloppun son dönəmlərində "Borussiya"da yaşanan böhranın səbəblərindən biri də, bəlkə o periodda belə bir lüksə sahib olmamaları idi. Rəqib topu dortmundlulara verib, əvəzində geri çəkilib, zona vermirdi və "Borussiya" nə edəcəyini bilmirdi.

Tuxelin stratejik zəkası onu, son illərdə ortaya çıxan və ən çox maraq doğuran alman məşqçi adlandırmağımıza imkan verir. Görünən odu ki, onun ən yaxşı "versiya"sını hələ irəlidə görəcəyik. Onsuz da, nəyə qadir olduğunu "Maynts"da göstərmişdi. "Dortmund"da da eyni yoldan davam edir. Onun rəhbərliyi altında "Borussiya" çox qaçan komandadan məqsədli şəkildə qaçan komandaya çevrilib.

Hermann Kelin: "Təkcə Bundesliqanı nəzərdə tutmuram, Avropanı da hesaba qata bilərik, Tuxelin "Borussiya Dortmund"u mütləq izləməli olduğumuz komandalardandı. O, açıq-ara Almaniyanın son 30 ildə ortaya çıxardığı ən ümidverici məşqçidi. "Dortmund"un başına keçər-keçməz, Kloppun modelini kökündən dəyişdirdi. İndi komanda oyun başına orta hesabla 10 km. daha az qaçır, buna rəğmən, nəticələr daha yaxşıdı, çünki topa daha çox sahib olurlar. Ötürmələrin düzgün verilmə dərəcəsinə nəzərə salsaq, böyük artım olduğunu görərik. Hər fərdin ən yaxşısını ortaya qoyması üçün nə edəcəyini bilir. Az qaçırlar, amma daha effektivdilər. Pep alman futbolunun şerifi hesab olunurdu. Bəlkə də, artıq Tuxelin Pepə məxsus o ulduzu öz sinəsinə taxmaq zamanı çatıb".

Marti Perarnaunun "Evolution" kitabından qısaldılmış parça.

 

 

Tuxel - Pepin varisi?

 

Rüfət Məcid

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat