Pirelli Monako Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Sayta qoyulub: 14:37 16.05.2018 (223 dəfə oxunub)

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Monako Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xəbər vermişdi ki, HyperSoft təkərlərdən ilk dəfə məhz Monte Karlo küçələrində istifadə olunacaq. Sürücülərin əksəriyyəti də gözlənildiyi kimi, ən çox məhz bu tərkibdən sifariş ediblər. Mercedes, Haas və Sauber sürücüləri fərqli seçimlər ediblər.

Sürücü Komanda SuperSoft UltraSoft HyperSoft
Lyuis Həmilton Mercedes AMG 2 2 9
Valtteri Bottas Mercedes AMG 1 3 9
Sebastyen Fettel Ferrari 1 2 10
Kimi Rəykkönen Ferrari 1 2 10
Daniel Rikkardo Red Bull 1 1 11
Maks Ferstappen Red Bull 1 1 11
Serxio Peres Force İndia 1 2 10
Esteban Okon Force İndia 1 2 10
Ləns Stroll Williams 1 1 11
Sergey Sirotkin Williams 1 1 11
Karlos Sayns Renault 1 1 11
Niko Hülkenberq Renault 1 1 11
Pyer Qasli Toro Rosso 1 2 10
Brendon Hartli Toro Rosso 1 2 10
Roman Qrojan Haas 1 3 9
Kevin Maqnussen Haas 2 2 9
Fernando Alonso McLaren 2 2 9
Stoffel Vandorn McLaren 2 2 9
Markus Eriksson Sauber 2 1 10
Şarl Lekler Sauber 1 2 10

 

XƏBƏR LENTİ