K.Rəykkönen elektrik problemi yaşayıb

Sayta qoyulub: 11:40 16.05.2018 (142 dəfə oxunub)

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen elektrik probleminə görə İspaniya yarışını bitirə bilməyib.

F-1.az bildirir ki, Ferrari mühərriyindəki sol silindrlər blokuna gedən naqillərdə yaşanan problemə görə finlandiyalı sürücü yarışı bitirə bilməyib. Ancaq güc qurğusundan Monako Qran Prisində istifadə etmək mümkün olacaq. 2-ci sərbəst yürüşlərdən sonra dəyişdirilən ilk mühərrikdə isə problem ciddi olduğu üçün artıq istifadə edilməyəcək.

İkinci güc qurğusunda problemin olmaması komandanı rahatlandırıb. Amma “qırmızılar” cəmi 3150 km məsafə qət etdikdən sonra xarab olan ilk motorun bütün detallarını bir-bir yoxlayacaqlar. Rəykkönen ikinci mühərriyə tez keçdiyi üçün yeni güc qurğusunu Sebastyan Fettelə nisbətən gec götürəcək. Sebastyan Fettel yenilənmiş güc qurğusunu Kanada Qran Prisindən sonra, Rəykkönen isə Almaniya Qran Prisindən sonra götürəcək”.

XƏBƏR LENTİ