L.Həmilton: “Qələbənin səbəbi isti havadır”

Sayta qoyulub: 08:26 15.05.2018 (152 dəfə oxunub)

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, qələbənin əsas səbəbi isti havadır.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa pouldan başlayıb və mövsümdə 2-ci qələbəsini qazanıb.

Lyuis Həmilton: “Bu qələbənin əsas səbəbi sadəcə tras deyil. Testlərdə burada çox güclü idik, amma hamı trası yaxşı tanıyırdı. Həftəsonu ərzində hava günəşli idi və asfaltın temperaturu 25 dərəcədən artıq idi. Əvvəlki yarışlardan daha yaxşı idi. Buna görə tras faktoru burada vacib rol oynamadı. Buna görə düşünürəm ki, növbəti yarışlarda biz üstün ola bilərik. Lakin bolidi anlamaq və təkmilləşmə çox vacibdir.

Monako çətin trasdır. Ümid edirəm ki, hava şəraiti daha yaxşı olar. Hava gözəl olsa, təkər problemi yaşamarıq. Amma soyuq hava bizə çətinlik yarada bilər”.

XƏBƏR LENTİ