N.Hülkenberq: “Qrojan özünü düzəltməlidir”

Sayta qoyulub: 15:10 14.05.2018 (190 dəfə oxunub)

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Roman Qrojan özünü düzəltməlidir.

F-1.az xatırladır ki, Qrojan yarışın startında yerində fırlanıb və nəticədə Niko Hülkenberq və Pyer Qasli ona çırpılaraq mübarizəni dayandırıblar.

Niko Hülkenberq: “Mənə çırpıldı. Roman yerində fırlanaraq trasa qayıtdı və heç bir yerə gedə bilmirdim. Ondan qaça bilməzdim və bolidimin arxasına çırpıldı. Əlimdən heç nə gəlmirdi. Bilirəm yerində fırlanmağı sevir, ancaq birinci dövrədə start zamanı yeri deyildi. Özünü təkmilləşdirməlidir. Bir yarış həftəsonundə yerində neçə dəfə fırlanır bilmirəm. Öz-özünə edirsə, problem yoxdur, amma başqalarının yarışını bitirirsə, bu, qəbuledilməzdir”.

XƏBƏR LENTİ