► I Divizionun qalibləri mükafatlandırıldı

Sayta qoyulub: 09:36 12.05.2018 (1227 dəfə oxunub)

Azərbaycan I Divizionunda 2017/18 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu gün mövsümün sonuncu – 27-ci turu çərçivəsində baş tutan “Şüvəlan” - “Xəzər” oyunundan (2:0) sonra bütün mükafatçı komandalar öz medallarına qovuşublar. Öncə “Şüvəlan”ın üzvlərinə bürünc, ardınca “Qaradağ Lökbatan”ın futbolçularına gümüş medallar verilib. Sonda isə çempionatı ilk pillədə başa vuran “Xəzər” komandasına qızıl medallar və kubok təqdim olunub.

Mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.

 

 

XƏBƏR LENTİ