Ronaldodan Fergüssona dəstək - "Güclü olun, boss!"

Sayta qoyulub: 19:36 06.05.2018 (358 dəfə oxunub)

“Real”ın hücumçusu Kriştiano Ronaldo səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilən Aleks Fergüssona dəstəyini nümayiş etdirib.


Şəxsi “Twitter” hesabında sabiq baş məşqçisi ilə olan fotosunu paylaşan portuqaliyalı ulduz bu sözləri yazıb: “Bütün düşüncəm və dualarım sizinlədir, əziz dostum. Güclü olun, boss!”.


Xatırladaq ki, Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də Fergüssonun rəhbərliyi altında çıxış edib.


Qeyd edək ki, dünən gecə saatların vəziyyəti pisləşən şotlandiyalı mütəxəssis xəstəxanaya yerləşdirilib. Beyninə qan sızan 76 yaşlı Fergüsson dərhal əməliyyat olunub.

 

Ronaldodan Fergüssona dəstək - "Güclü olun, boss!"

 

 

 

qol.az

XƏBƏR LENTİ