"Qəbələ"dən ayrılacaq ilk futbolçu məlum oldu

Sayta qoyulub: 13:39 06.05.2018 (431 dəfə oxunub)

"Qəbələ"dən ayrılacaq ilk futbolçu məlum oldu

Mövsümün sonunda "Qəbələ"ni tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib. Famussa Kone "qırmızı-qaralar"ın sıralarını tərk edəcək. "Qəbələ" 24 yaşlı forvard üçün müqavilə ilə məxsus olduğu Türkiyənin "Göztəpə" klubuna müraciət etməyəcək. Mövsümün əvvəlində "Qəbələ"yə icarəyə verilən malili futbolçu Premyer Liqada 21 oyuna 6 qol vurub.

XƏBƏR LENTİ