S.Fettel: “Rəykkönenin pis imici ona zərər verir”

Sayta qoyulub: 11:46 06.05.2018 (240 dəfə oxunub)

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, əvvəlki illərdəki pis performansı Rəykkönenin imicinə pis təsir edir.

F-1.az xatırladır ki, Fettel 2015-ci ildə Ferrari komandasına qoşulduqdan sonra 10 yarış qazanıb. Rəykkönen isə 2014-cü ildə Ferrari komandasına qayıtdıqdan sonra hələ də qələbə qazana bilməyib.

Sebastyan Fettel: “Rəykkönen bu il çox yaxşı başlanğıc etdi. Düzünü desəm, cümə günləri əksər hallarda məndən sürətli idi. Bəzən bolidi anlamaqda və hiss etməkdə çətinlik çəkirəm. O isə gücü və istedadı hesabına problemləri araşdırıb həll edə bilir. Əvvəlki illərə görə imici zədələnib. Amma hər şey nəticələrdəki kimi təkyönlü deyil”.

XƏBƏR LENTİ