Azərbaycanlı hakim İspaniyanın oyununa təyinat aldı

Sayta qoyulub: 09:16 05.05.2018 (369 dəfə oxunub)

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.

 Azərbaycanlı hakim D qrupunun Serbiya - İspaniya qarşılaşmasında iş başında olacaq. Qarşılaşma mayın 5-i Bakı vaxtı ilə saat 00.45-də keçiriləcək. Oyunun baş hakimi Rumıniya Futbol Federasiyasından Horatiu Fesnik olacaq.Qeyd edək ki, Məmmədov bu gün B qrupunun Portuqaliya - Norveç qarşılaşmasında (0:0) iş başında olub.  

XƏBƏR LENTİ