Fransa millisində itki - mundialı buraxacaq

Sayta qoyulub: 12:02 04.05.2018 (385 dəfə oxunub)

"Arsenal"ın kapitanı Loran Koselni Avropa Liqasının yarımfinal mərhələsinin "Atletiko" ilə cavab oyununda zədələnib.


Matçın 12-ci dəqiqəsində zədə alan fransalı müdafiəçi meydanı xərəklə tərk edib.


"Sky Sport" əzəli yırtığı aşkarlanan futbolçunun 6 ay meydana çıxa bilməyəcəyini yazıb. Bu isə o deməkdir ki, Fransa millisinin üzvü yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.


Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm "Arsenal"ınn heyətində 33 oyuna çıxıb və 2 qol vurub.

 

 

Fransa millisində itki - mundialı buraxacaq

 

 

 

qol.az

XƏBƏR LENTİ