Y.Tsander Sauber-dən ayrılıb

Sayta qoyulub: 07:58 04.05.2018 (259 dəfə oxunub)

F-1.az xatırladır ki, 54 yaşlı alman mütəxəssis 2016-cı ilin sonunda komandanın texniki direktoru təyin olunmuşdu.

Sauber komandasının bəyanatında bildirilir: “Biz ona komandaya olan sədaqətinə görə təşəkkür edirik, gələcək karyerasında uğurlar diləyirik. Biz hələ komandaya yeni təyinat barədə bəyanat verməyəcəyik. C37-nin təkmilləşdirilməsi məsələləri ilə digər departamentlərin rəhbərləri məşğul olacaqlar. Gələn ilin maşınının hazırlanmasına isə birbaşa komandanın rəhbəri Frederik Vassyör nəzarət edəcək”.

XƏBƏR LENTİ