Meksikada qadın jurnalist canlı yayımda futbol fanatını mikrafonla vurub

Sayta qoyulub: 07:55 04.05.2018 (1699 dəfə oxunub)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Meksikada qadın jurnalist Mariya Fernanda Mora matçdan sonra futbol fanatlarından birini mikrafonla vurub.

Onun sözlərinə görə, kişi canlı yayım zamanı ona toxunub.

"Bu hadisə hər gün ictimai yerlərdə minlərlə qadının başına gəlir. Fərq ondadır ki, bu, mənim başıma televiziyada canlı yayım zamanı gəlib və mən özümü müdafiə etməyi düşündüm", - deyə Mariya bildirib.

O izah edib ki, əvvəlcə bunu təsadüfi toxunuş kimi qəbul edib, lakin onun sözlərinə görə, kişi "özündə cəsarət taparaq hərəkətlərini davam etdirib". Jurnalist əlavə edib ki, qadınlar cinsi zorakılıq hallarına qarşı səssiz qalmamalıdırlar.

 

“Report” 

XƏBƏR LENTİ