İki güləşçimiz Avropa çempionatında gümüş medal qazandı

Sayta qoyulub: 20:13 02.05.2018 (296 dəfə oxunub)

Azərbaycanın 2 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Bunlar Rəsul Çunayev və Murad Məmmədovdur.  Hər iki idmançı finalda Rusiya təmsilçilərinə uduzublar. 72 kq çəki dərəcəsində mübarizə aparan Çunayev Adam Kuraka, 60 kq-da yarışan Məmmədov isə Sergey Emelinə uduzub. Rafiq Hüseynov (82 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.  Qeyd edək ki, 55 kq çəki dərəcəsində Eldəniz Əzizli qızıl medal qazanıb. Elvin Mürsəliyev (77 kq) isə bürünc medala sahib olub.   


XƏBƏR LENTİ