Azərbaycanın 3 güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib

Sayta qoyulub: 15:08 01.05.2018 (142 dəfə oxunub)

Azərbaycanın 3 güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın 3 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. Bunlar Rəsul Çunayev, Rafiq Hüseynov və Murad Məmmədovdur. Çunayev ardıcıl olaraq türkiyəli, belaruslu, moldovalı və gürcüstanlı rəqiblərini üstələyib. Məmmədov belaruslu və italiyalı rəqiblərindən üstün olub. Hüseynov isə gürcüstanlı və serbiyalı rəqiblərini mübarizədən kənarlaşdırıb.

Daha 2 güləşçiyə gəldikdə, Orxan Nuriyev 1/4 finalda, Elman Muxtarov isə ilk görüşündə uduzub. Rəqibləri hazırda mübarizəni davam etdirdiklərindən, hər iki pəhləvanın bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxma şansları qalır. Məsələyə bu axşam keçiriləcək yarımfinal görüşlərindən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, ilk yarış günündə Eldəniz Əzizli (55 kq) finala yüksəlib, Elvin Mürsəliyev (77 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal görüşünə çıxacaqlar. Onlar da bu gün çıxış edəcəklər.

 

 

60 kq

1/2 final. Murad Məmmədov - Jacopo Sandron (İtaliya)

1/4 final. Murad Məmmədov - Maksim Kajarski (Belarus)

67 kq

1/8 final. Elman Muxtarov - Artyom Surkov (Rusiya)

72 kq

1/2 final. Rəsul Çunayev - Yuri Lomadze (Gürcüstan)

1/4 final. Daniel Kataraqa (Moldova) - Rəsul Çunayev - 2:3

1/8 final. Yuri Kankov (Belarus) - Rəsul Çunayev - 0:9

1/16 final. Murat Dağ (Türkiyə) - Rəsul Çunayev 1:4

82 kq

1/2 final Rafiq Hüseynov - Viktar Sasunovski (Belarus)

1/4 final. Zarko Dickov (Serbiya) - Rafiq Hüseynov 1:3

1/8 final. Rafiq Hüseynov - Zurabi Datunaşvili (Gürcüstan)

97 kq

1/4 final. Orxan Nuriyev - Mixeil Kajaya (Serbiya) - 1:3

1/8 final. T.Soost (Slovakiya) - Orxan Nuriyev - 0:8

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ