Güləşçimiz Avropa çempionatının finalına çıxdı

Sayta qoyulub: 19:41 30.04.2018 (186 dəfə oxunub)

Bu gün Rusiyanın Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. Yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb.

 

Avropa çempionatı

Yunan-Roma güləşi

 

 

55 kq

Eldəniz Əzizli yarışa 1/4 final mərhələsindən qatılıb. O, yarımfinala gedən yolda Nuqzari Tsurtsumia (Gürcüstan) ilə qüvvəsini sınayıb və 9:0 hesabı ilə qalib gəlib. Əzizli növbəti mərhələdə rusiyalı Vasili Topoyevlə münasibətinə aydınlıq gətirib. Görüşün gedişində 1:7 hesabı ilə geri düşən pəhləvanımız sonradan özündə güc taparaq 9:7 hesablı qələbə qazanıb və finala yüksəlib.

 

"Qızıl" uğrunda Eldənizin rəqibi estoniyalı Helari Maegissalu olacaq. Döyüş sabah keçiriləcək.

 

63 kq

Taleh Məmmədov mübarizədə 1/8 finaldan başlayıb. İlk döyüşündə gürcüstanlı Levani Kavjaradze ilə qarşılaşan həmyerlimiz 0:4 hesabı ilə uduzub.  

 

77 kq

Elvin Mürsəliyevin də Kaspiyskdə debütü 1/8 finala təsadüf edib. Rikkardo Abbrestsya (İtaliya) güləşən təmsilçimiz 12:8 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. O, 1/4 finalda polşalı Lukaş Mateuşla üz-üzə gəlib. Elvin bu qarşılaşmanı da xeyrinə bitirib. O, final üçün rusiyalı Roman Vlasovlə qarşılaşıb. Rəqibinə 0:4 hesabı ilə uduzan təmsilçimiz finala çıxa bilməyib. Mürsəliyev sabah "bürünc" uğurunda yarışacaq.

 

87 kq

İslam Abbasov da Avropa çempionatına qələbə ilə başlayıb. Güləşçimiz ilk görüşündə Roman Jernovetskidən (İsrail) üstün olub – 9:0. O, 1/4 finalda Viktor Lorintsi sınağa çəkib və yenə xalçadan qalib ayrılıb. İslam rəqibini 3:1 hesabı ilə məğlub edib. Abbasov yarımfinalda Bekxan Ozdoyevlə (Rusiya) mübarizə aparıb. Bütün cəhdlərinə baxmayaraq, 3:4 hesabı ilə uduzan Abbasov bürünc medal üçün sabah xalça üzərinə çıxacaq. 

 

130 kq

Sabah Şəriətinin yoxluğunda ölkəmizi təmsil edən Türmən Eyyubov 1/8 finalda ukraynalı Vladislav Voronyiya 0:3 hesabı ilə uduzub. Onun rəqibi növbəti qarşılaşmada uduzduğu üçün yarışla vidalaşıb. 

XƏBƏR LENTİ