Kamran Ağayev xarici kluba keçə bilər

Sayta qoyulub: 13:55 26.04.2018 (433 dəfə oxunub)

Kamran Ağayev xarici kluba keçə bilər

 

Qış fasiləsində Çexiyanın "Mlada" klubundan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən "Keşlə" ilə müqavilə imzalayan Kamran Ağayevin mövsümün sonunda sazişi başa çatacaq. Azad agent statusuna yiyələnəcək millimizin üzvünün Avropanın ortabab klublarına getmək variantları var. Lakin cari mövsümün gedişində bir neçə oyunu zədə səbəbindən buraxan qapıçı tam formada olmadığı üçün risk etmək istəmir. Onun daha bir mövsüm Azərbaycanda çıxış etmək fikri var. Lakin bu komanda "Keşlə" olmaya da bilər.

Qeyd edək ki, 32 yaşlı qapıçı ölkə xaricində "Kayserispor", "Karşıyaka", "Boavişta" və "Mlada" klublarında çıxış edib.

XƏBƏR LENTİ