Tuxel PSJ rəhbərliyinin qarşısına şərt qoydu

Sayta qoyulub: 08:10 26.04.2018 (301 dəfə oxunub)

PSJ-nin baş məşqçi vəzifəsinə əsas namizədlərdən olan Tomas Tuxel Paris klubunun qarşısına şərt qoyub.


Alman mütəxəssis komandanın sükanı arxasına keçəcəyi halda rəhbərlikdən 3 futbolçunun alınmasını tələb edib. Təcrübəli çalışdırcının sərəncamında görmək istədiyi oyunçular Dortmund “Borussiya”sından Ömər Toprak, “Auqsburq”dan Filipp Maka və “Şalke”dən Maksimilian Mayerdir.


Qeyd edək ki, mövsümün sonunda Unay Emeri ilə yollarını ayırmağa hazırlaşan PSJ-ni Tuxelin çalışdıracağı gözlənilir.

 

 

Tuxel PSJ rəhbərliyinin qarşısına şərt qoydu

 

 

qol.az

XƏBƏR LENTİ