"Neftçi" bəyanat yaydı: "Adımızdan istifadə edirlər"

Sayta qoyulub: 18:57 25.04.2018 (192 dəfə oxunub)

"Neftçi" bəyanat yaydı: "Adımızdan istifadə edirlər"
 

“Neftçi” klubu bəyanat yayıb. Mətbuatda yazılan transfer xəbərləri rəhbərliyi narahat edib.

Bu səbəbdən “ağ-qaralar” bəyanat yayaraq, həmin məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Bəyanatda deyilir: “Son vaxtlar kütləvi informasiya vasitələrində "Neftçi” PFK-nın transfer siyasəti ilə bağlı həqiqətə uyğun olmayan çoxsaylı xəbərlərə rast gəlinir. Bəzi KİV nümayəndələri klubumuzun adından sui-istifadə edir, müxtəlif futbolçuların "Neftçi” PFK ilə anlaşdığı haqda dezinformasiyalar yayır.

"Neftçi” PFK tək transfer deyil, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.

Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.

XƏBƏR LENTİ