"Real"ın sabiq futbolçusu Azərbaycandan aldığı təklifi qəbul etməyib

Sayta qoyulub: 08:07 25.04.2018 (395 dəfə oxunub)

"Real"ın sabiq futbolçusu Azərbaycandan aldığı təklifi qəbul etməyib
 

Çili milli komandasının keçmiş futbolçusu İvan Samorano Azərbaycandan təklif alıb. Bu barədə məlumatı 51 yaşlı mütəxəssis özü verib. O bildirib ki, Azərbaycanla yanaşı, Çində işləmək imkanı olub.  Lakin o, təklifləri cavabsız qoyaraq, məşqçi kimi debüt etmək istəməyib. Samoranonun son klubu "Kolo Kolo"ya idman direktoru kimi də qayıtmaq imkanı olub. O, bu təklifə də "yox" cavabı verib. Qeyd edək ki, karyerası ərzində "Sevilya", "Real" və "İnter" kimi klublarda çıxış edən Samorano hazırda ABŞ telekanallarının birində şərhçi kimi fəaliyyət göstərir.  

 

XƏBƏR LENTİ