El Klassikonu idarə edəcək hakim müəyyənləşdi

Sayta qoyulub: 07:53 25.04.2018 (204 dəfə oxunub)

La Liqanın 36-cı tutunda keçiriləcək “Barselona” - “Real” oyununun baş hakimi müıəyyənləşib.


El Klassikonu Alexandro Ernandes idarə edəcək. 


35 yaşlı referi ötən mövsüm əzəli rəqiblərin “Santyaqo Bernabeu”dakı görüşünü də idarə edib. Həmin matç katalonların 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Ernandes Madriddəki qarşılaşmanın 77-ci dəqiqəsində Serxio Ramosu meydanda qovmuşdu. Messi isə əlavə vaxtda qələbə qolunu vurmuşdu. 


Qeyd edək ki, “Barselona” - “Real” görüşü mayın 6-da “Nou Kamp”da keçiriləcək.

 

El Klassikonu idarə edəcək hakim müəyyənləşdi

 

 

 

qol.az

XƏBƏR LENTİ