Dmitri Kramarenkonun qızı Bakıda qalib oldu

Sayta qoyulub: 17:48 24.04.2018 (154 dəfə oxunub)

Dmitri Kramarenkonun qızı Bakıda qalib oldu
Futbol üzrə Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızı Lala Kramarenko Bakıda keçirilən "AGF Junior Trophy” beynəlxalq turnirində halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.

14 yaşlı idmançı Milli Gimnastika Arenasındakı turnirdə Rusiya yığmasının heyətində birinci yerə layiq görülüb. O, 17,750 xalla rəqiblərini qabaqlayıb. Bu yarışda Azərbaycan idmançısı Dərya Farşbafşəhriyari 15,600 göstərici ilə üçüncü yeri tutub.

Yığmanın daha bir üzvü Nərminə Səmədova topla hərəkətlərdə gümüş medal qazanıb. O, 16,050 göstərici ilə ikinci yeri tutub. Birinci yerə isə 17,650 göstərici ilə rusiyalı Darya Trubnikova çıxıb.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003 - 2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda mübarizə aparırlar. Azərbaycan millisi ilk yarış günündə komanda hesabında bürünc medal qazanıb. Dərya Farşbafşəhriyari və Arzu Cəlilova bütün alətlər üzrə çıxışlarının nəticəsinə əsasən ümumilikdə 89.250 xal toplayaraq, üçüncü yeri tutublar. 

XƏBƏR LENTİ