İtaliya millisinə Ançelotti gətirilir?

Sayta qoyulub: 14:13 24.04.2018 (117 dəfə oxunub)

Karlo Ançelotti İtaliya millisini çalışdırmağa yaxındır.


  İtaliya Futbol Federasiyasının rəhbərliyi 58 yaşlı mütəxəssislə görüşüb. Tərəflər arasında milliyə məşqçi təyinatı müzakirə olunub. Bildirilib ki, təkcə Ançelottinin maaşı ilə bağlı razılıq əldə olunmayıb. Qurumun məşqçi korpusuna illik 5 milyon avro verə biləcəyi vurğulanıb. Bu məbləğ isə onun "Bavariya"da qazandığından azdır.


Xəbərdə o da qeyd olunub ki, federasiya Ançelottiyə məşq heyətinə istədiyi şəxsi gətirməyi təklif edib. Onun məhz buna görə 5 milyon avroluq maaşa razılıq verə biləcəyi yazılıb.


Qeyd edək ki, Ançelottinin məşqi heyətinə oğlu Davidi gətirmək istədiyi iddia olunur.

 

 

İtaliya millisinə Ançelotti gətirilir?

 

 

 

qol.az

XƏBƏR LENTİ