"Arsenal"da yeni baş məşqçiyə 50 milyonluq büdcə

Sayta qoyulub: 14:11 24.04.2018 (179 dəfə oxunub)

"Arsenal" rəhbərliyi yeni mövsüm üçün transferlərə 50 milyon funt sterlinq ayıracaq.


Mövsümün sonu klubdan ayrılacaq Arsen Vengerin əvəzinə gələcək yeni baş məşqçi bu büdcə ilə futbolçu seçimi edəcək.


Qeyd edək ki, "Arsenal" son iki transfer pəncərəsi dövründə 100 milyon funt sterlinqdən çox pul xərcləyib. Klub Aleksandr Lyakazett və Pyer-Emerik Obameyanqın transferinə yüksək məbləğdə təzminat ödəyib.


Əlavə edək ki,  "Arsenal"da yeni baş məşqçi vəzifəsinə əsas namizədlər Luis Enrike, Massimiliano Alleqri, Leonardo Jardim, Yulan Naqelsmann və Yoahim Löv olduğu iddia olunur.

 

"Arsenal"da yeni baş məşqçiyə 50 milyonluq büdcə

 

 

qol.az

XƏBƏR LENTİ