"Real"a qarşı oynamaya bilər

Sayta qoyulub: 14:08 24.04.2018 (118 dəfə oxunub)

"Bavariya"nın futbolçusu David Alaba Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la ilk oyunu buraxa bilər.


Bu barədə klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb. 25 yaşlı müdafiəçi kürəyində problemlər səbəbindən komandasının bugünkü məşqini buraxıb. D.Alabanın Madrid klubuna qarşı görüşdə oynayıb-oynamayacağı ilə bağlı yekun qərarı komandanın baş məşqçisi Yupp Haynkes verəcək.


Qeyd edək ki, "Bavariya" - "Real" oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

"Real"a qarşı oynamaya bilər

 

qol.az

XƏBƏR LENTİ