Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

Sayta qoyulub: 07:46 24.04.2018 (122 dəfə oxunub)

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

Birinci oyun günündə İngiltərənin "Liverpul" klubu doğma azarkeşlər önündə İtaliyanın "Roma" komandası ilə üz-üzə gələcək. "Liverpul" 1/4 final mərhələsində İngiltərənin "Mançester Siti" klubunu çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb - 3:0, 2:1. "Roma" isə İspaniyada 1:4 hesabı ilə məğlub olduğu "Barselona"nı 3:0 hesablı ev qələbəsi və səfər qolu sayəsində üstələyib.

Hazırda "Liverpul"da çıxış edən Məhəmməd Salah 2015 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. Misirli hücumçu məhz "sarı-qırmızı" formanı "qırmızı"ya dəyişib.

"Liverpul" 1984-cü il Çempionlar Kubokunun finalında "Roma"nı əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış görüşdə penaltilər seriyasında 4:2 hesabı ilə yenib.

6-cı qitəmiqyaslı kubokunu hədəfləyən "Liverpul" bugünkü görüşdə 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın heyətində Joel Matip, Emre Can, Adam Lallana, Nataniel Klayn zədə səbəbindən iştirak etməyəcək. "Roma"da isə iki futbolçu zədəlidir. Paytaxt klubu Rik Karsdorf və Qrequar Defrelin xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşması sabah keçiriləcək. Almaniyanın "Bavariya" klubu evdə İspaniyanın "Real Madrid" komandasını sınağa çəkəcək.

Çempionlar Liqası

1/2 final, ilk oyun

24 aprel

22:45. "Liverpul” (İngiltərə) – "Roma” (İtaliya)

Baş hakim: Feliks Brıx (Almaniya)

Liverpul, "Enfild" stadionu

 

 

 

 

 

 

 

 

report

XƏBƏR LENTİ