Kubokun finalı ilə bağlı son qərar

Sayta qoyulub: 11:31 23.04.2018 (126 dəfə oxunub)

“Qəbələ” və “Keşlə” klubları arasında keçiriləcək Azərbaycan kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb. Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmada “Qəbələ”dən Səbuhi Səfiyarlı, “Keşlə”dən isə İlqar Mustafayev iştirak edib. Püşkatmanın nəticəsinə əsasən, “Keşlə” finalın nominal meydan sahibi olub.

Azərbaycan kubokunun final görüşü 28 may Respublika günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.

XƏBƏR LENTİ